Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş sədri Boran Əziz partiya sıralarından istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "facebook" sosial şəbəkəsində həmin rayon təşkilatının hazırki sədri Rövşən Dəmirli məlumat verib.
R.Dəmirli bildirib ki, B.Əzizin istefasına səbəb partiyanın sonuncu qurultayından sonra Müsavat rəhbərliyinin Vurğun Əyyuba qarşı qisasçı, kin və qərəz kampaniyası aparması və repressiv tədbirlərdir.