11 May 2015 19:33
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasının Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli partiya rəhbərliyini məhkəməyə verəcək.


R. Dəmirli APA-ya açıqlamasında bildirib ki, o, partiya rəhbərliyinin bugünkü qərarından narazıdır.

Bu gün partiya sıralarından xaric edilən R. Dəmirli bildirib ki, partiyanın rayon təşkilatının buraxılması da səhv addımdır və qaydalara ziddir.

Qeyd edək ki, Müsavat Partiyasının Divanı bu gün Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edilib. Müsavatın qərargahı qarşısında keçirilən piketin təşkilatçıları isə partiyadan çıxarılıblar.


Müəllif:

Oxşar xəbərlər