"Mən Elbəyi Həsənlinin yazısını oxumamışam, amma məlumatım var ki, o, təhqir dolu yazı yazıb. Onun səviyyəsinə enib yazdıqlarına cavab vermək istəmirəm. Sadəcə demək istəyirəm ki, belə şeylər yazmaq ayıbdır".
Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı, partiya funksioneri Mustafa Hacıbəyli müsavatçı, jurnalist Elbəyi Həsənlinin partiyanın indiki və keçmiş baqşanları barədə təhqiredici ifadələrlə zəngin olan məqaləsinə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, E.Həsənli Müsavat partiyasında yaşanan son gərginliklə bağlı Arif Hacılı ilə yanaşı, eks-başqan İsa Qəmbəri də sərt tənqid edib. (Həmin məqalə ilə bu linkdən tanış ola bilərsiz http://teleqraf.com/news/55001)
M.Hacıbəyli qardaşı A.Hacılı və sabiq başqan İ.Qəmbərə ünvanlanan sərt ittihamlara münasibət bildirmək istəmədiyini qeyd edib.
Ayxan