18 May 2015 11:43
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq əhəmiyyətli rol oynayır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.

Ölkə başçısı həmçinin qeyd edib ki, Azərbaycan regional səviyyədə çox müsbət rol oynayır: "Təşəbbüslərimiz regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və enerji təhlükəsizliyi ilə əlaqəlidir”.

Prezident bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr region sərhədlərini aşır: “Bu ölkələri və qitələri birləşdirən layihələrdir”.


Müəllif: