18 May 2015 22:23
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyasının uzun müddət bundan əvvəl qarşısına qoyduğu məram və məqsəd son qurultaydan sonra kiçik bir qrupun maraqlarına xidmət etməyə yönləndirilib.Nizamnamə və ideologiya ayaqlar altına alınaraq tapdalanır, fərqli fikir nümayiş etdirən insanlar ağına-bozuna baxmadan partiyadan xaric edilir,rəhbərliyin nəzarətində olmayan rayon təşkilatları buraxılır,partiya kiçilərək cırtdanlaşır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sabiq sədri, üzvlükdən çıxarılan Rövşən Dəmirli deyib. O fikrinin davamında bildirib:

“Bütün bunları ürək ağrısı ilə izləsəm də qarşısını almaqda acizəm. Bilirəm ki,qəlbi müsavatçılıq ideologiyası ilə döyünən,illərini bu ideologiyanın yayılmasına sərf edən insanlar da durumdan çox narahatdır. Artıq qəti qərara gəlmişəm ki, partiyanın bu durumundan,addımbaşı nizamnamə pozuntuları ilə müşayət olunan fəaliyyətdən narazılığımı dilə gətirərək Ədliyyə Nazirliyinə müraciət edim.Təbii bu mənim üçün də çox çətin bir psixoıoji durum yaradır,təəssüf ki,partiyanı bu qaragüruhun əlindən almaq üçün başqa yol buraxılmayıb.


Müəllif:

Oxşar xəbərlər