Milli Məclisin deputatları Muxtar Babayev və Aslan Cəfərov Yaponiyanın paytaxtı Tokioda səfərə gedib.
Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, deputatların səfəri mayın 29-da başa çatacaq.
Deputatlarımız Parlamentlərarası İttifaqın təşkil etdiyi “Gənc parlamentarilər demokratiya, sülh və rifah naminə” mövzusunda Qlobal Konfransda iştirak edəcəklər.
Konfrans çərçivəsində digər ölkələrin parlamentariləri ilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.
Nemət