Universitetlərarası Mövlanə Mübadilə protokolu imzalanıb
Səlcuq Universitetinin rektoru Hakkı Gökbelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetin rektoru Abel Məhərrəmov salamlayıb, universitetin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verdikdən sonra Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlıqdan, Mövlanə Mübadilə proqramından bəhs edib.
Səlcuq Universitetinin rektoru Hakkı Gökbelin öz növbəsində, rəhbərlik etdiyi universitet haqqında məlumat verib, gəlişinin məqsədindən və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
Sonra Bakı Dövlət Universiteti ilə Səlcuq Universiteti arasında Mövlanə Mübadilə proqramı çərçivəsində Mövlanə Mübadilə protokolu imzalanıb. Protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Sonda qonaqlar universitetin Tədris Elektron mərkəzi və elmi laboratoriyaları ilə tanış olublar.
SEVİL