27 May 2015 18:11
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kənd təsərrüfatına dövlət dəstəyi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, həyata keçirilən aqrar islahatlar nəticəsində bu sahə dinamik inkişaf etməkdədir. Onun sözlərinə görə, dövlət fermerlərə bir çox güzəştlər edir.

“Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də bu sahənin inkişafına yeni təkan vermək və onun modernləşməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli yanaşmanı təmin etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır. Ümumiyyətlə, kənd təsərrüfatı əhalinin ərzaq məhsulları və emal sənayesini xammalla təmin etdiyindən hər bir ölkə üçün iqtisadi, sosial və siyasi əhəmyyət kəsb edir və iqtisadiyyatın prioritet sahəsi hesab olunur. Azərbaycanda da bu sahənin daha da inkişafı üçün böyük potensial var”, – deyə komitə sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər