Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Serbiya xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunları üzrə brifinqdə deyib.
Nazir qeyd edib ki, Serbiya, həmçinin bu Oyunlarda geniş nümayəndə heyətilə çıxış etməyi planlaşdırır.