11 İyun 2015 17:52
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Ə.Həsənov deyib ki, Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 25 ildən artıqdır ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur".

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan yenə də təhdidlərini davam etdirir: "Sonuncu, Ukraynada baş verən hadisələr, ondan əvvəl MDB-də baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz. Nə qədər ki, beynəlxalq qanunlar bütün münaqişələrin həllinə eyni qaydada tətbiq olunmur, bizi bu kimi hadisələr çox gözləyir".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.


Müəllif:

Oxşar xəbərlər