25 İyun 2015 10:49
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin radikal cameəsində yeni qarşıdurma yaşanır. Artıq Milli Şura, AXCP və Müsavat Partiyası arasında münasibətlər etik çərçivəni aşır.

Qarşıdurma öncə Milli Şura sədri Cəmil Həsənli ilə Müsavat Partiyasının üzvü Rauf Arifoğlu arasında başlayıb və daha sonra digər şəxsləri də əhatə edib. Rauf Arifoğlu müəyyən faktlar açıqlayıb. Bundan sonra ittihamlar bir qədər də qızışıb. İş o yerə gəlib ki, Milli Şura sədri araçılıqda günahlandırılıb, siyasətçilərlə media qurumları arasında sövdələşmə zamanı pul qazandığı haqda informasiya ortaya çıxıb. AXCP sədrinin müavinləri isə belə bir məqamda Müsavat Partiyasının üzərinə hücuma keçiblər.

Sədr müavini Gözəl Bayramlı buna görə, Müsavat başqanı Arif Hacılını və sabiq başqan İsa Qəmbəri hədəfə gətirib. Müsavatın indiki və sabiq başqanı isə məsələyə reaksiya verməyib. Ancaq Milli Şura sədri bununla kifayətlənməyərək müsavatçı zehniyyətin bu məsələyə reaksiya verməsini istəyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da prosesə qoşulub. Qəhrəmanlı da, elan edib ki, Müsavatda olan bəzi şəxslər sona qədər ifşa olunmalıdır. Hazırda faktiki olaraq Milli Şura-Müsavat qarşıdurması davam edir. Ancaq bu qaşıdurmaya hazırda Milli Şura-Ümid Partiyası qarşıdurması da əlavə edilib.

İbrahimbəyov AXCP-Müsavat münasibətlərinə benzin töküb

Düşərgədə ikinci qarşıdurmaya səbəb isə Milli Şura sədri Rüstəm İbrahimbəyov olub. İbrahimbəyov verdiyi müsahibə zamanı elan edib ki, onu vahid namizəd olmağa zorla razı salıblar. Onun Krım haqqında işlətdiyi ifadələr isə müsavatçılar tərəfindən süngü ilə qarşılanlıb. Cəmil Həsənlinin İbrahimbəyovu müdafiə etməsi isə yanan münasibətlərə bir qədər də benzin əlavə edib. Hazırda Müsavat nümayəndələri Milli Şuranı İbrahimbəyovun son açıqlamaları konteksində biabır edirlər. İş o həddə gəlib ki, artıq AXCP sədri Əli Kərimlinin yaxın adamı ilə müsavat başqanı Hacılının yaxın adamı sosial şəbəkələrdə bir-birini təhqir edirlər.

“Eldar Namazovun səsi gəlmir, görən olubmu?”

Müsavat Partiyası Məclisinin üzvü Alya Yaqublu Rüstəm İbrahimbəyovu Milli Şuraya sırayanlar haqda danışıb, iddia edib ki, bunu etməkdə məqsəd İsa Qəmbərə mane olmaq idi: “Dedik ki, qiyabi vahid namizəd olmaz, Rüstəm müəllim gəlmir, gəlmək istəmir Azərbaycana. Heç Azərbaycan vətəndaşı da deyil, Rusiya vətəndaşlığından çıxmağı da böyük sual altındadır. Tiflisə qədər gələ bildi, ordan da qorxuram deyib geri qayıtdı. Bizdə dedik ki, belə etməyin, bu işin sonu fiaskodur. İddia etdilər ki, Milli Şura İsa Qəmbərin seçkidə iştirakına mane olduğu üçün belə deyirsiz, müxalifətin birləşməsini istəmirsiz. Ancaq biz deyən oldu. Rüstəm İbrahimbəyov gəlmədi və özünü biabır elədi. Amma biz humanistlik göstərdik, qayıdıb onlardan soruşmadıq ki, buna görə heç utandınızmı? Bu karikatur namizədin sonuncu müsahibəsi bu sualı növbəti dəfə aktuallaşdırdı. Onu baş qəhrəman edən o avantürist plana görə birilərinin üzr istəməsi lazımdı artıq. Onun müsahibədəki “müdrik” fikirləri oxuduqca güldüm. Kimin haqlı, kimin haqsız olmasının bu qədər tez üzə çıxmağı tarixin cilvəsi olsa gərək. Yoxsa siyasi şarlatanların ifşa olunması xeyli uzun çəkən proseslərdəndi. Bu müsahibə Rüstəm İbrahimbəyovun Rusiyayönlü bəyanat verməsi ehtimalının nə qədər gerçək olduğunu üzə çıxartdı. Bu adamın namizədliyi yanlış seçim idi. Bunu onun namizədliyində israr edənlər özləri də yaxşı bilirdilər, amma onları seçkini boykot maraqlandırırdı. Karikatur namizədin ciddi bir rəsmi nümayəndəsi Eldar Namazov idi. Son zamanlar səsi çıxmır, onu görəniniz olubmu?”.

AXCP : “İsa Qəmbər ermənilərin düşmən olmadiğini , onlarla əməkdaşliq etmənin mümkünlüyünü ortaya qoyub”

AXCP sədrinin yaxın adamı hesab olunan Kərim Mehtiyev isə bəyan edib ki, dostlar Milli Şuranın gözündə tük axtarırlar, hər tərəfdən Milli Şuranın üzərinə gəlirlər: “Bundan əndişələnməyin, çünki Milli Şura əsas müxalifətdir, ona görə də bizə daş atırlar. Ancaq daş atan fikirləşməlidir ki, buna cavab gələcək, özü də şiddətli".

Milli Şuranın fəxri sədrini nə ilə hədəf seçirlər ?

K.Mehdiyevə görə, Milli Şuranin sədri professor Cəmil Həsənli tənqidlərə tutarlı cavab verib: "Müsavat başqani İsa Qəmbər Ermənistan partiyasi ilə sənəd imzalamişdi. Onda AXCP bu barədə susdu. İndi Rüstəm İbrahimbəyovu ittiham edənlərin yanaşmasından belə çıxır ki, İbrahimbəyovdan qabaq İsa Qəmbər ermənilərin düşmən olmadığını ,onlarla əməkdaşlıq etmənin mümkünlüyünü ortaya qoyub? Əksini kim sübut edə bilər ?

Öz gözünüzdə çöpü görə bilmirsiniz,ətrafınızda olana söz deməyə cəsarətiniz çatmir, Milli Şuraya haqsiz tənqid yollayırsız”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər