“Bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı İrəvana yönəlib. Elektrik enerjisi tarifinin qaldırılması insanların etirazına və küçələrə axışmasına səbəb olub”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, tarif bir o qədər çox yox, 6,93 Ermənistan dramı qədər qalxıb, bu isə ABŞ dolları ilə 1,45 sent edir:
“Qaldırıldıqdan sonra Ermənistanda elektrik enerjisi üçün tarif 41,85 dramdan 48,78 drama qalxıb ki, bu da ABŞ dolları ilə 10 sent edir. Nə artım, nə də yeni qiymət dünya ölkələri üçün çox da böyük qiymət deyil, ancaq kasıb Ermənistan cəmiyyəti artıq bu qiymətləri ödəmək imkanında deyil. Diqqəti o çəkir ki, İrəvandakı nümayişləri müxalifət qüvvələri təşkil etməyib və onlar ümumiyyətlə iştirak etmirlər. Nümayişçilər əsasən 30 yaşına qədər olan gənclərdir. Bu Ermənistan cəmiyyətinin sabahı olan hissəsidir ki, onların da sabaha ümidləri qalmayıb və hökumətin qoyduğu qaydalarla yaşaya bilmirlər. Göründüyü kimi Ermənistan yürütdiyi siyasətin qurbanına çevirilib. Düşdüyü ağır vəziyyət artıq cəmiyyətin sosial üsyanına səbəb olur. İzdihamları dağıtmaqla nisbi sakitlik yaratmaq olar, ancaq problemi isə həll etmək mükün deyil”.
Səxavət