30 İyun 2015 22:22
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

"I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri heyranedici idi".

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O, qeyd edib: "Mən də yarışları izlədim. Hər şey çox yüksək səviyyədə təşkil edilmişdi. Könüllülərin işi məni xüsusilə təsirləndirdi, onlar çox gözəl iş görərək ölkələrini əla təmsil etdilər".

Səfir Atletlər kəndində də olduğunu vurğulayıb: "Müxtəlif ölkələrin nümayəndələrinin bir-biri ilə ünsiyyət qurması çox xoşuma gəldi. Birlikdə Azərbaycanın mətbəx nümunələrinin dadına baxdıq".


Müəllif: