“Demokratik İslahatçı Gənclər İctimai Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynlı Böyük Britaniyanın beynəlxalq beyin mərkəzi hesab olunan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) - "Chatham House" a müraciət ünvanlayıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən V.Hüseynli deyib ki, müraciətdə iyulun 8-də "Dağlıq Qarabağ: Regional çağırışlar” adlı müzakirələr keçirilməsinin qanunsuz olduğu və “Dağlıq Qarabağ Respublikası” kimi tanınmayan separatçı qurumun rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilməsinin dünya standartlarına, beynəlxalq hüquqa və insan haqqlarına qarşı zidd addım olduğu qeyd olunur.
Onun sözlərinə görə, əslində bu cür qurumların Avropa oyunlarının ardınca Azərbaycana qarşı bu cür mövqe nümayış etdirəcəkləri bəlli idi:“Biz bunu gözləyirdik. Çünki I Avropa Oyunları zamanı ölkəmizə qarşı, belə təşkilatlar tərəfindən göstərilən müəyyən təzyiqlərin, qarayaxma kampaniyalarının şahidi olduq. Ancaq bu qüvvələr gördülər ki, nə etsələr də Azərbaycanın uğuruna, apardığı müstəqil siyası kursa heç bir təsir göstərə bilmədilər və biz 17 gün ərzində Avropaya yeni tarix yaza bildik.
Bunun nəticəsi kimi, “Chatham House”un bu cür heç bir reallığa sığmayan qərəzlı və birbaşa insan hüquqlarına və demokratik dəyərlərə zidd olan addımını nümayış etdirərək - "Dağlıq Qarabağ: Regional çağırışlar” adlı tədbirə ev sahibliyi etməsini sərgilədi. Təbii ki, belə təşkilatlar öz dədə-baba yurdundan digərgin düşmüş 1 milyondan artıq insanın hüquqlarını pozduğuna və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı qurumun rəhbərini “prezident” statusunda tədbirə dəvət etdiyinə görə, insan hüquqlarına və demokratik dəyərlərə hansı formada sahib çıxaraq dəyər verdiyini bir daha “nümayiş” etdirdi. Onlar bu qərarları ilə fəaliyyətərinin heç də şəffaf olmadığını əksinə, qərəzə və təzyiq metoduna üstünlük verdiklərini bir daha göstərmiş oldular”.
QHT sədri sonda ictimai fəal insanları http://www.chathamhouse.org/email/node/3423/field_contact_email ünvanina etiraz etməyə səsləyib.
BƏXTİYAR