Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının birləşdiyi "Qarabağ" Bloku demək olar ki, fəaliyyət göstərmir. Bunu ADP-yə yaxın şəxslər deyir.
Məsələ ondadır ki, qarşıdan parlament seçkiləri gəlir, seçkilərə 4 aydan az müddət qalır. Hazırda Müsavat 70 namizəd təsdiqləyib, "Azadlıq-2015" isə namizədlərini müəyyən edir.
Ancaq "Qarabağ" Bloku hər həftə ümumi müzakirələr aparır, lakin namizədlər məsələsinə diqqət etmir. Mənbə isə deyir ki, hazırda Ümid Partiyası seçkilər məsələsində ümidini daha çox "125-lər" Klubuna bağlayır, hesab edir ki, bu klub vasitəsilə əlavə 20-30 namizəd irəli sürə biləcək. Məhz bu səbəbdən indiyə qədər "Qarabağ" Bloku siyasi blok olaraq fəaliyyət göstərir, seçki blokuna çevrilmir.
ADP-də isə hesab edirlər ki, Ümidlə müttəfiqlik etmək onlara ziyandan başqa bir dividend gətirmir.
Cavidan