13 İyul 2015 14:39
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, İclasda ölkədəki ictimai-siyasi durum, qərarların icra vəziyyəti müzazakirə olunub. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı ölkədə islahatların aparılmasının zəruriliyi bir daha vurğulanıb.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan iqtisadiyyatının inkişafının stimullaşdırılması, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinə maliyyə dəstəyinin artırılması, yerli bankların daha ucuz maliyyə resursları ilə təmin olunması məqsədilə xaricdə saxlanılan valyuta ehtiyatlarından 4 milyard dollar ölkəyə gətirilməli, eyni zamanda, həmin vəsaitdən sahibkarlara aşağı faizlə kreditlərin verillməsi təmin olunmalıdır.

BAXCP İdarə Heyəti bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələni də müzakirə edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər