16 İyul 2015 18:08
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın xarıci işlər naziri Daniel Mitov Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxış edib. O, analitik mərkəz tərəfindən vaxtaşırı keçirilən “Siyasi xadimlərin forumu” çərçivəsində çıxış edərək, Avropa İttifaqında strateji vəziyyət, problemlər və təklif edilən qərarlar barədə ölkəsinin rəsmi mövqeyindən söz açıb.

Diplomat bildirib ki, Bolqarıstan və Azərbaycan arasında gözəl münasibətlər var. Prezident İlham Əliyevin Azərbaycan hökumətinin üzvləri ilə birlikdə Sofiyaya səfəri zamanı 1 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli barədə saziş imzalanıb. Sofiya ümid edir ki, bu həcm genişlənəcək, çünki interkonnektorların tikintisindən sonra Bolqarıstan həm də region ölkələrinə qaz nəql edən tranzit ölkəyə çevriləcək. Nazir vurğulayıb ki, idxalın şaxələndirilməsi və Azərbaycan qazının Bolqarıstana nəqli ölkəsinin iqtisadi müstəqilliyinə böyük töhfə olacaq və bütün regionda qaz interkonnektorları şəbəkəsinin inkişafına kömək edəcək. O, “Cənub” qaz dəhlizi layihəsinin istər Bolqarıstan, istərsə də regionun digər ölkələri üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Səxavət


Müəllif: