18 Avqust 2015 11:26
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul etməyib.

Bunu Teleqraf.com-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib. Onun sözlərinə görə, partiya seçkilərdə iştirak edəcək: "AMİP funksionerləri seçkilərə qatılacaqlar. Etibar Məmmədov hələ qərar qəbul etməyib. Onun seçkilərdə iştirak edib-etməməsinə yalnız özü aydılıq gətirə bilər. Bu barədə onun özü qərar verməlidir".

Qeyd edək ki, E.Məmmədov sonuncu dəfə 2005-ci ildə Yasamal rayonu 16 saylı seçki dairəsindən namizəd olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər