18 Aprel 2014 16:54
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Rusiyanın layihəsində yer alan siyasi partiyaları yenidən ittiham edib. Teleqraf.com-un məlumatına görə, o, bildirib ki, vaxtında VİP həyəcan təbili çalanda, bir çoxları təhlükəni görməzlikdən gəlib.

"Bu gün eks-spiker Rəsul Quliyev 2013-cü il prezident seçkiləri ilə bağlı maraqlı fikir səsləndirib. O, deyib ki, 2013-cü ildə Rusiyanın istifadə edə biləcəyi azərbaycanlılar 1993-cü ildə onları qaçıb pərən-pərən olmağa məcbur edən Surət Hüseynovdan yüz dəfə varlı və bir o qədər də ağıllı idi. Ancaq hökuməti yıxa bilmədi. Rəsul bəy bu etirafı ilə, hələ ötən il İsa Qəmbərin səsləndirdiyi "Biz Moskva layihəsini Azərbaycan layihəsinə çevirə bildik" fikrini təsdiqləmiş oldu. Bu hər iki etiraf VİP-çilərin Milli Şura, Milyarderlər klubu, Avrasiya İttifaqı ilə bağlı ötən il demək olar ki, təkbaşına apardığı mübarizədə haqlı olduqlarını təsdiq etmiş oldu. Onda maraqlı bir sual çıxır ortaya: Görəsən, hörmətli İsa Qəmbər və hörmətli Rəsul Quliyev, Milli Şuranın digər öncül isimləri bu həqiqətləri bilə-biləmi Rusiyanın layihəsinin bərqərar olmasında iştirak ediblər? Onlar ötən ilin aprel-iyul dövründə həqiqətənmi İbrahimbəyovun Moskva namizədi olduğunu görmürdülər? Rusiyanın bu layihə vasitəsilə Azərbaycanı Gömrük birliyinə və Avrasiya İttifaqına sürüklənməsini hesablaya bilmirdilər? Bilmirdilərsə, görmürdülərsə siyasətdə nə işləri var? Bu iyrənc və təhlükəli oyunda anlayaraq və bilə-bilə iştirak ediblərsə, bunun adını qoy vətəndəşlarımız versin".

Ayxan


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər