2 Sentyabr 2015 17:09
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbəti seçkilərin təşviqat kampaniyasına oktyabrın 9-dan etibarən start veriləcək.


Publika.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən toplantısında bildirilib. Məlumata görə, kampaniya oktyabrın 31-i saat 08.00-da başa çatacaq.

Xatırladaq ki, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi iclasda çıxışı zamanı təşviqat kampaniyası ilə əlaqədar bir sıra siyasi partiyalara xəbərdarlıq edib: “Siyasi partiyalar daha diqqətli olmalı və təşviqat kampaniyasına vaxtından əvvəl başlamamlıdırlar. Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır. Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparılmamalıdır, çünki bu qanun pozuntusu hesab edilir”.


Müəllif:

Oxşar xəbərlər