2 Sentyabr 2015 17:23
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli QHT Forumunun Məcburi Köçkün və Qaçqınlarla İş Üzrə Bölməsi və Elm Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın qədim torpağı olan İrəvandan deportasiya olunmuş, erməni təcavüzünə məruz qalmış bir qrup şəxslərlə görüş keçirilib.

MQF-dən Teleqraf.com-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd, canlı şahidlərin dili ilə azərbaycanlıların deportasiya olunma səbəblərinin araşdırılması, Azərbaycanın qədim tarixi maddi mədəniyyət abidələrinə münasibət, yerli toponimlərin, yer adlarının dəyişdirilməsi və bununla bağlı digər məsələlərin araşdırılması olub.

Görüşdə irəvanlı məcburi köçkünlər – Həcər Əliyeva, Salatın Əliyeva, Aydın Həsənov, Zemfira Həsənova, Nəriman Qarayev, Bayram Əliyev, Əsli Əliyeva və digərləri öz xatirələrindən danışaraq, “Böyük Ermənistan yaratmaq” xülyasına uyan, “Daşnaksütyun” partiyasının millətçi prinsiplərini dəstəkləyən ermənilərin daima azərbaycanlılara qarşı düşmən mövqeyində olduğu, hər zaman öz ata-baba yurdlarında erməni haqsızlıqları, ermənilərin törətdikləri cinayətlərlə rastlaşması, hətta bu münasibətin dövlət və hökumət orqanları səviyyəsində təşkil olunması, İrəvanda olan maddi-mədəniyyət abidələrinin dağıdılması barədə şahidi olduqları hadisələrdən bəhs ediblər.

İrəvan haqqında xatirələrini danışan, 1930-cu il təvəllüdlü Həcər Əliyeva atası Qafar Əliyevin və onunla birgə silahdaşlarının, 1918-ci ildə erməni daşnaqları tərəfindən azərbaycanlıların qətliamlarına dözməyərək, apardığı savaş tarixi barədə maraqlı faktlar söyləyib. Tədbirdə İrəvan tarixi ilə bağlı nadir şəkil nümunələri, Ermənistan Ali Sovetinin qərarı ilə Azərbaycan toponimlərinin, yer adlarının dəyişdirilməsi barədə İrəvanda çap olunmuş məcmuə müzakirə olunub. Sonda qərara alınıb ki, canlı şahidlərin söylədikləri tarixi faktlar qələmə və lentə alınaraq, azərbaycan və dünya ictimaiyyətinə çatdırılsın.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər