8 Sentyabr 2015 20:33
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın patriarxı İkinci İliinin Qax rayonunda kilsələrin birində çəkilişlərlə bağı etiraz edərək sərt münsibət bildirib. O, bunu hətta xristanların təhqir edilməsi kimi qiymətləndirib.

Gürcü katalikosunun sərgilədiyi davranışı şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, cənab Katalikosun səsləndirdiyi fikirlər və tövrü tamam yanlışdır. Azərbaycanın dini tolerantliğın höküm sürdüyü ölkə kimi həmişə örnək götürülməsi danılmazdır. Burada bütün dini inanclara hörmətlə yanaşılır və hətta onlara dövlətin özü dəstək olur. İkincis də, Alban kilsəinin nə gürcülərə, nə də gürücü provoslav kilsəsinə heç bir aidiyyatı yoxdur. Adından da göründüyü kimi bu kilsə Azərbaycan xalqının soykökünə bağlı olan tarixi maddi-mənəvi sərvətidir. Ən qiymətli abidələrindən biridir. Bir zamanlar qədim tarixi abidələrimizə ermənilər sahiblənmək istəyirdi, indi də gürcülər belə bir iştaha düşüblər. Birdəfəlik bilməlidirlər ki, Azərbaycan ərazilərində olan bütün qədim kilsələr, eləcə də xristianlıq dövrü özündə yaşadan digər tarixi abidələrimizin nə erməni Qriqoryan, nə də gürcü Provoslav kilsələrinə aidiyyəti var. Bunların hamısı xaqlqımızın tarixi keçmişini əks etdirən və yaşadan nümunələrdir.

Partiya yetkilis eyni zamanda vurğulayıb: “Video roliklərə göz gəzdirərkən aydın olur ki, onlar tanınmış filimlərin parodiyası əsasında çəkilib. “Filmlərin biri “İndiana Cons”u, digəri isə “Beşinci Elementi” xatırladır”. Bu vodeoçarxlarda dini hissiyata toxunulması ilə bağlı səsləndirilən fikirlər, həqiqətə uyğun deyil və əslində məkrli niyyətlərdən xəbər verir. Gürcüstanda islam dini açıq aydın təhqir olunur, Azərbaycan türklərinin yaşadıqları yaşayış məntəqələrində, məscidin tikilməsinə qadağa qoyulur, müsəlmanaların ibadət etməsinə məhdudiyyətlər yaradılır, məscidin qapısına “donuz” başı asılır, katalikos nədən səsini çıxarmır, etiraz etmir?! Dini-ayrı seçkilik və dözümsüzlük budur. Biz heş ona da etiraz etmirik ki, Gürcüstanın hər qarış torpağına “xaç”lar asılıb. Halbuki biz həmişə gürcü xalqına dost və qardaş gözündə baxmışıq, orda yaşayan 500 mindən çox soydaşımızın ağır şərtlər altında yaşamalarına, öz tarixi torpaqlarından zaman-zaman sıxışdırılıb çıxarılmalarına sərt təpki göstərmirik. Yaxşı nədən gürcülərə, ermənilərə, eləcə də digər millətlərə hər cür şərait yaradılır, azərbaycan türklərinə qarşı-ayrı seçkilik edilir. Hətta, öz əkin sahələrini, tarpaqlarını, daşınmaz əmlaklarını özəlləşdirməyə qoymurlar.Mülkiyyət sahibi etmirlər.”

Azərbaycan dövləti və bir toplum, bir millət olaraq Azərbaycan türkləri ermənilərlə bağlı buraxdıqları səhvləri bir daha buraxmamalı, bunun acı nəticələrindən dərs çıxarmalı, kimsəyə imkan verməməlidir ki, onun tarixinə, mədəniyyətinə, milli kimliyinə, ərazilirınə əl uzatsın. Bu məmləkətin hər daşı, hər qarış torpağı müqəddəsdir.

Dünyada, xüsusən də regionda dinlər və xalqlarası dostluğun, qardaşlağın yaradılması, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və əlaqələrin genişləndirilməsi üçün din xadimləri daha artıq çaba göstərməlidir. Cənubi Qafqazda ədavətin, münaqişənin qızışdırılması, yeni qarşurma yaradılması, “qaşınmayan yerdən qan çıxarmaq” gərginlik ocağının yaradılması ümumi düşmənlərimizin marağındadır. Onsuz da regoinumiz çox kövrək və qeyri-stabil regiondur.


Müəllif:

Oxşar xəbərlər