10 Sentyabr 2015 17:42
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan Valeh Ələsgərov ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu şəraitdə yaşadığı tolerant ölkədir.

Sədr müavini diqqətə çatdırıb ki, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının böyük rolu var. İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır.

Valeh Ələsgərov qonaqlara Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal iqtisadi layihələr barədə məlumat verib. Deyib ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir. Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir.

Söhbət zamanı Valeh Ələsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi.

Səmimi fikirlər üçün təşəkkürünü bildirən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib. Qeyd edib ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa imkan verəcək və münasibətlərimizin inkişafına təkan olacaqdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər