11 Sentyabr 2015 13:58
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi reallığa söykənmir və tamamilə əsassızdır. Avropa Parlamenti Azərbaycanma qarşı sanksiya, viza qadağası tətbiq edə bilməz. Avropanın özündə kifayət qədər ciddi problemlər olduğu halda, Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirilməsi yolverilməzdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycana qarşı daim qərəzli olub: "Bu, birinci qətnamə deyil. Orada ayrı-ayrı siyasi qruplar, ermənipərəst siyasətçilər Azərbaycana qarşı güclü təbliğat aparırlar. Azərbaycan bunun fərqindədir, ona görə də biz qətnaməni qərəzli və əsassıs sayırıq. Qətnamədəki bəndlərin heç biri həqiqətə söykənmir və əsaslı deyil. Hər kəs əməlinə görə cavab verir. Cinayət tərədən şəxsin vəzifəsi, sənəti məhkəmə üçün əsas ola bilməz. Jurnalistə qarşı cinayıt törətmiş şəxslər məsiliyyətə cəlb olunub. Məgər Qərbdə jurnalistlərə qarşı cinayıt törədilmir. Onlarda canlı yayımda jurnalistlər öldürülür, döyülür və s. Bu mənada Qərbdə jurnalistikanın durumu daha ağırdı".

S.Novruzov hazırda Avropanın miqrant böhranından ciddi əziyyət çəkdiyini bildirdi: "Onlar miqrantlara qarşı beynəlxalq konvensiyalara uyğun davranmırlar. Yaxşı olardı ki, miqrant problemini həll etsinlər".

Ayxan


Müəllif:

Oxşar xəbərlər