15 Sentyabr 2015 14:29
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ruslan Məmmədov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Təkrar yoxlama zamanı sözügedən vətəndaşın çantasının içərisindən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı Ruslan Məmmədov izahatında bildirib ki, baqajından aşkar olunan 1 ədəd “beşbarmağ”ı Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər