22 Sentyabr 2015 09:41
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası ətrafında da maraqlı proseslər yaşanır. Partiya rəhbərliyi Tural Abbaslı ilə bağlı ciddi ölçülər götürməyə cəhd göstərməsə də, noyabrın 2-də bu şəxsin partiyadan uzaqlaşdırılacağı deyilir.

Müsavatda olan mənbənin sözlərinə görə, sabiq başqan İsa Qəmbərin tövsiyyəsinə uyğun olaraq indiki rəhbərlik “Ağ Blok” təsis edən Tural Abbaslı və daha bir neçə gənc müsavatçı barəsində ölçü götürməyəcək. Qeyd edək ki, Tural Abbaslının seçkidən sonra yeni partiya quracağı haqqında ilkin anonsları da Müsavat rəhbərliyi tərəfindən ciddi qarşılanıb. Bundan dərhal sonra başqan Arif Hacılının tapşırığı əsasında icra aparatının rəhbəri Gülağa Aslanlının regionlara səfəri başlayıb. Səfərdə həm qarşıdan gələn seçkilərə hazırlıq məsələləri müzakirə edilib, həm də yerli təşkilatların Tural Abbaslı hansı münasibət göstərdiyi aydınlaşdırılıb. Qeyd edək ki, indiyə qədər Gülağa Aslanlı Cəlilabad, Biləsuvar, Masallıda və Lənkəran müsavatçıları ilə görüşüb. İcra aparatının rəhbəri daha bir neçə rayonda müsavatçılarla bir araya gələcək. Beləcə Tural Abbaslının seçkilərdən sonra partiya daxilində hər hansı bir “ab-hava” yaradıb-yarada bilməyəcəyi məsələləri də araşdırılır.

Arif Hacılı Əli Kərimlidən qisasını alır

Bu arada daha bir məqam Müsavata yaxın olan media quruluşlarının AXCP sədri Əli Kərimlidən intiqam alması üçün atdığı addımlardır. Belə ki, Müsavat Məclisinin üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin rəhbəri olduğu saytda Əli Kərimliyə alternativ olacaq Sahib Kərimlinin danışması üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, Müsavatın VIII qurultayında namizədliyini irəli sürən Qubad İbadoğlu Arif Hacılıya alternativ idi. Həmin zaman AXCP-yə bağlı media Qubad İbadoğlunun danışması üçün hər cür şərait yaratmışdı. İndi anoloji addımı Müsavat atır və Əli Kərimliyə rəqib olacaq Sahib Kərimlinin danışması, onun təqdimatının təbliği üçün lazım olanı edir.

Müsavatdan ayrılan və hazırda partiya ilə düşməni münasibətdə olan Azərbaycanda Demokratiya və Rifah Hərəkatı isə fəaliyyətini gücləndirməklə məşğuldur. ADR Hərəkatının idarə heyətinin toplantısı keçirilib, sədr Qubad İbadoğluda skype vasitəsilə iclasa qatılıb. İclasda görülən işlər haqqında məlumat dinlənilib, Milli Məclisə seçkilər məsələsi müzakirə edilib. Seçki məsələsi müzakirə edilərkən razılığa gəlinib ki, seçkilərin gedişini izləmək , obyektiv informasiyalar toplamaq , ADR Hərəkatı üzvü olan namizədlərə dəstək imkanlarını artırmaq lazımdır. Bununla da, ADR Hərəkatı namizədlərini tək qoymayacağı mesajını verib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər