Milli Məclisin deputatı Sahibə Qafarova Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasıyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının və Rusiya Federal Məclisi Federasiya Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən toplantı “Sülh, harmoniya və sosial rifaha doğru” mövzusuna həsr olunub. Yığıncaqda sosial təhlükəsizlik, davamlı inkişaf, tərəqqi naminə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində bir sıra seminar və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Millət vəkili tədbirlərdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq. Qeyd edək ki, səfər sentyabrın 25-də başa çatacaq.
Nemət