Qeyri-stabilliyin əsas mənbələrindən biri olan və iqtisadi inkişaf üçün ciddi maneə olan davam edən silahlı münaqişələrin mövcudluğu tam həcmli regional əməkdaşlıq üçün əsas maneələrdən biridir.
Azərbaycan XİN-dən Teleqraf.com-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışında deyib.
Nazir E.Məmmədyarov bildirib ki, biz son onillikdə QDİƏT-in fəaliyyətini nəzərə alaraq, Təşkilat daxilində davamlı islahatlar yolunun izlənilməsinin Təşkilatın səmərəliliyi və effektivliyinin artırılması üzrə davam etməkdə olan müzakirələrə dəyər qatdığına və onun hüquqi və təşkilati imkanlarını artırdığına və ən əhəmiyyətlisi isə çevik qərar qəbuletmə mexanizminə nail olduğuna inanırıq: "İslahatlar prosesi həmçinin QDİƏT Daimi Beynəlxalq Katibliyinin ideya və təşəbbüslər formalaşdıran, eləcə də müvafiq qərar və qətnamələri yerinə yetirə bilən güclü peşəkar icraçı quruma çevrilməsinə aparmalıdır. Biz əməkdaşlığın bütün sahələrindən faydalanmaqdan da çəkinməliyik. Bizim fəaliyyətlərimiz xüsusi və razılaşdırılmış prioritetlərə əsaslanmalı və təşkilati imkanlarımıza və məhdud insan və maliyyə ehtiyatlarımıza uyğun olmalıdır. QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan QDİƏT-in regiondakı əhəmiyyətli rolundan xəbərdardır və Təşkilatın səmərəliliyinin gücləndirilməsində həqiqətən maraqlıdır. Bu baxımdan biz təşkilata qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzvlərinin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edən QDƏT-in islahatlar prosesini dəstəkləyirik. Daha dəqiq desək, biz QDİƏT-in bir sıra alt qurumlarının ixtisar edilməsini və onların fəaliyyətlərinin birləşdirilməsi üçün səylərin göstərilməsini təklif edirik. Həmçinin altqurumların əsas hissəsi kimi işçi qrupların fəaliyyətini gücləndirmək də əhəmiyyətlidir".
XİN rəhbəri qeyd edib ki, Azərbaycan bunu nəzərə alaraq, gömrük məsələləri və elm və texnologiya üzrə işçi qruplarının ölkə əlaqələndiricisi vəzifələrini öz üzərinə götürüb: "Biz bu qrupların əhəmiyyətli siyasi məsələlərin müzakirə edildiyi və bu işçi qruplar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi üçün yol xəritələrinin qəbul edildiyi iclaslarına ev sahibliyi etdik. Azərbaycan Təşkilatın işinə gələcəkdə də töhfə vermək məqsədilə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə işçi qrup çərçivəsində ölkə əlaqələndiricisinin vəzifələrini könüllü şəkildə öz üzərinə götürüb. Biz İKT ilə birlikdə elmi inkişafın QDİƏT regionunda müvəffəqiyyətli əməkdaşlığın ümidverici sahələrindən biri olmasına inanırıq. Biz müvafiq sahələrdə ümumi səylərimizin təsirini şübhəsiz olaraq gücləndirə biləcək təcrübə mübadiləsi və layihə icrası üçün qənaətbəxş ehtiyatları ayıra və interaktiv işçi platformanı yarada biləcək vəziyyətdəyik".
Nazir E.Məmmədyarov sonra vurğulayıb ki, Təşkilatın fəaliyyətinin praktiki üsullarına gəldikdə, biz Təşkilatın hal-hazırda üzləşdiyi problemlərin öhdəsindən effektiv şəkildə gəlməsi üçün QDİƏT-in maliyyə və büdcə sisteminin gücləndirilməsinin qaçılmaz şərt olmasını düşünürük. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi QDİƏT üzv dövlətlərinin üzləşdiyi çoxsaylı və kompleks problemlərə adekvat və vaxtında cavab verilməsindən asılıdır. Qeyri-stabilliyin əsas mənbələrindən biri olan və iqtisadi inkişaf üçün ciddi maneə olan davam edən silahlı münaqişələrin mövcudluğu tam həcmli regional əməkdaşlıq üçün əsas maneələrdən biridir. Bu məqsədlə, özünün islahatlarla bağlı prinsiplərini müəyyən edərkən bizim təşkilatımız QDİƏT regionunda mövcud olan və potensial təhdidləri nəzərdən qaçırmamalı və onlara adekvat və vaxtında cavab verməyə hazır olmalıdır. Regionda uzunmüddətli sülhün, stabilliyin və əməkdaşlığın bu münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb etməsini deməyə ehtiyac yoxdur".