8 Oktyabr 2015 19:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özünü insan haqlarının "cangüdəni" hesab edən Yaqland çox "usta diplomat"dır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb, amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb – Avropa Şurasının baş katibi olub".

Administrasiya rəhbərinin müavini yazır ki, Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa "sədaqəti"nin sonsuz olduğunu göstərir.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Şuranın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərar verib.


Müəllif:

Oxşar xəbərlər