Tanınmış hüquqşunas Aslan İsmayılov Milli Məclisə sçkilərdə namizədliyini geri götürdüyünü bəyan edib.
Teleqraf.com bildirir ki, A.İsmayılov bununla bağlı videomüraciət yayımlayıb. O, videomüraciətdə namizədliyini geri götürməsinin səbəblərini göstərib.
A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılmışdı.
20 saylı Nərimanov ikinci seçki dairəsində əsas namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən namizədi İbrahim Əsədovdur.