1 Noyabr 2015 14:35
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkilərinin gedişindən razılıqlarını bildirirlər.

Teleqraf.com Secki-2015.az saytına istinadla xəbər verir ki, 19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqəsində olan Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDI) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin seçkilərlə bağlı təəssüratlarını bölüşüblər.

Ervin Aksa səs verənlərin məntəqələri razılıq hissi ilə tərk etdiklərini, bunun başlıca səbəbinin seçkilərin şəffaf və demokratik keçməsi olduğunu qeyd edib. O deyib: “Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər”.

Yasril Ananta Baharuddin isə qeyd edib: “Baş çəkdiyimiz məntəqələrdə seçki prosesi qanunvericiliyə uyğun şəkildə həyata keçirilirdi. Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq”.


Müəllif: