26 Dekabr 2015 20:57
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn yenə gündəmə gəlib.

Sabiq baş nazir bu dəfə bəyan edib ki, müxalifət liderlərinin aksiya keçirmək imkanı yoxdur. Onun sözlərinə görə, əslində digər qüvvələrin də belə bir imkanı mövcud deyil. Onun fikrincə, siyasi aksiya məsələsi müxalifətdən asılı olacaq bir məsələ deyil.

Pənah Hüseynin bu fikirləri özünün təmsil olunduğu düşərgədə birmənalı qarşılanmayıb. Milli Şura onsuz da Xalq Partiyasının sədrini “itirilmiş” siyasətçi hesab edir və onunla heç bir halda əməkdaşlığın olmasını yaxına buraxmır. Müsavat da bu şəxslə əvvəllər mövcud olan isti münasibətlərinin üzərindən xətt çəkib.

Sosial şəbəkələrdə isə Pənah Hüseyn yuxarıda qeyd etdiyi fikirlər səbəbindən ciddi tənqid edilib.

Müxalifətçi Aydın Şükürlü Pənah Hüseynin yerinin səhv düşdüyünü qeyd edib. Digər müxalifətçilər də Hüseynə ironik münasibət ifadə edib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər