BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bəzi təkliflərlə çıxış edib.
Teleqraf.com-un xəbərinə görə, deputat Rövşən Rzayevin narahatlığını bölüşdüyünü deyib: “2015-ci il Ermənistanın ən çox əsgər itirdiyi ildir. Bu səbəbdən də erməni lobbisi aktiv fəaliyyətə keçib. Məncə, biz anoloji layihə qəbul etməməliyik”.
Partiya sədri deyib ki, hər kəsin bildiyi kimi, devalvasiya prosesi baş verib: “Devalvasiyadan sonra "Naxçıvanbank" kredit məsələsində pozitiv addım atdı. Bildirdi ki, kreditləri əvvəlki məzənnə ilə qəbul edəcək. "Naxçıvanbank" çox nümunəvi və gözəl addım atıb, öz müştərisini kompensasiya edib. Dünyanın heç bir ölkəsində bu qədər kommersiya bankı yoxdur. Azərbaycanda 42 bank var. AXC-nin uğursuz kadrı kimi Elman Rüstəmov narazılığın qarşısını ala bilməyib. Çox təəssüf edirəm ki, iqtidar bu adamı hələ də vəzifədə saxlayıb. Banklar və istehlak kreditləri ilə bağlı ölkədə narazılıq mövcuddur. Ancaq bu məsələ Elman Rüstəmovu narahat etmir. Məncə, Milli Bank digər banklara tövsiyə verməlidir ki, faiz dərəcəsini azaltsın. Xüsusilə, Qarabağ veteranlarına, şəhid ailləri üçün. Banklar krediti 16-36 faizlə verir. Məncə, banklar bu istiqamətdə addım atmalı, müştərilərinin düşdüyü durumun fərqində olmalıdırlar. Xüsusilə, istehlak kreditlərini nəzərdə tuturam”.
Spiker Oqtay Əsədov deyib ki, hökumət və Milli Bank tədbirlər hazırlayır və yaxın günlərdə bu tədbirlər barədə məlumat veriləcək.
Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, son hadisələr əhalini narahat edir: “Azərbaycan neft pullarından ən effektiv istifadə edən ölkədir. Bizdə məktəblər tikilib, infrastruktur yaradılıb. Yoxsa Liviya kimi pulu banklara doldurub saxlayaq, sonra da hansısa ölkə gəlib bunu götürsün. Məncə, bu problemlərin üzərində Milli Bank durmalıdır. Banklar öz potensialından istifadə etməlidirlər. Onlar kifayət qədər gəlir götürüblər və bu məsələ ilə bağlı tədbir görməlidirlər”.
Deputat daha sonra deyib ki, ki, Rövşən Rzayevin təşəbbüsünü anlayır: “Erməni lobbisi çalışır ki, münasibətlər daha kəskinləşsin. Biz Amerikada hər söz deyənə parlament səviyyəsində cavab verməməliyik. Bizim orada dostluq qrupumuz, Azərbaycanın dostları var. Onları hərəkətə gətirmək lazımdır. Bizim Amerika ilə münasibətlərimiz var və Smitin layihəsi Amerika dövlətinin mövqeyi deyil”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Rövşən Rzayev nə Azərbaycan hökuməti, nə də parlamentidir: "Rövşən müəllim deputatdır, təşəbbüslə çıxış edib. Biz də göstəriş verdik ki, komitələr buna baxsın".
Nemət