25 Yanvar 2016 21:22
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir. Trend-in məlumatına görə, bunu Tayvanda keçirilmiş regional seçkilər ilə əlaqədar sorğunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir.


Müəllif: