7 Fevral 2016 20:28
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Q.Paşayeva Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozo ilə Dağlıq Qarabağdan danışıb.

Publika.az xəbər verir ki, “Beynəxalq Turizm Forum”unda iştirak edən millət vəkili Q.Paşayeva forum çərçivəsində Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozo ilə görüşüb. Söhbət zamanı Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozo Azərbaycanda vəziyyətlə maraqlanıb və millət vəkili Q.Paşayeva ona Azərbaycanda vəziyyətlə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpqlarındakı son vəziyyət, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə də geniş məlumat verib, fikir mübadiləsi aparılıb.

Millət vəkili Q.Paşayeva Avropa təşkilatlarının münaqişənin həllindəki ikili standartları və qeyri-obyektivliklərinin narahatverici olduğunu da diqqətə çatdırıb. Bölgədə vəziyyətin Rusiya-Ukrayna müharibəsi, Səudiyyə Ərəbistanı-İran münasibətlərinin gərginləşməsi, Suriya və İraqda yaşanan savaşlar,acı hadisələr nəticəsində köçkün düşən insanların üzləşdiyi problemlərlə daha da gərginləşdiyini deyən Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozo Dağlıq Qarabağ münaqişəsinin həllinin və bütün bölgədə sabitliyin yaranmasının vacib olduğunu diqqətə çatdıraraq Avropa Komissiyasına rəhbərliyi dövründə Azərbaycanla əməkdaşlığın inkişafı istiqamətində ciddi addımlar atıldığını deyib.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərinə toxunan Barrozo Azərbaycan Avropa üçün çox mühüm tərəfdaşdır, özəlliklə enerji sahəsində qurulan etibarlı tərəfdaşlıq çox önəmlidir deyib və əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

Geniş və maraqlı mövzular ətrafında fikir mübadiləsinin sonunda millət vəkili Q.Paşayeva Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozoya Azərbaycan həqiqətləri ilə bağlı materialları hədiyyə edib.


Müəllif:

Oxşar xəbərlər