25 Fevral 2016 12:06
519

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın Ermənistana silah satması ikili standart və bölgədə sabitliyin pozulmasına cəhddir:


Onun sözlərinə görə, təcavüzkar dövlət olan Ermənistanın bir çox beynəlxalq qurumlar tərəfindən də Azərbaycanın torpaqlarını işğal etməsi təsdiq edildiyi halda ona belə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına doğru əlavə addımlar deməkdir: “Bəzi hallarda bu silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır. Əlbəttə ki, onların bu barədə həmişə bəhanələri olur. Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasını bəhanə gətirir. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər bu hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.


Müəllif: