Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər müxalifətin perspektivinə şübhə ilə yanaşdığını bəyan edib.
Partiya sədri deyib ki, böhranın içində müxalifət də var:
“Azərbaycan müxalifətinin böhranı bütövlükdə qlobal böhrandan öncələrə təsadüf edir. Müxalifətin real güc olaraq Azərbaycan ictimai, siyasi fikrinə təsirinin piki 2003-cü il idi. Bundan sonra 2005-ci ilə qədər müəyyən şanslar saxlanılırdı. 2005-ci ildən sonra artıq müxalifətin tənəzzülü başlandı. 2005-ci ildən sonra eniş başladı və bu eniş artıq böhrana çevrildi. 2010-cu ildə müxalifət parlament seçkilərində yer qazana bilmədi. O zamandan çox ciddi düşünməyə başladım və məndə Azərbaycan müxalifətinin gələcəyi haqqında çox ciddi suallar yarandı. Keçən müddətdə bu suallar azalmadı, artdı. Amma mən özümün də əvvəllər olduğum düşərgənin gələcəyinə optimist baxmaqda çətinlik çəkirəm”.
Cavidan