29 Fevral 2016 18:40
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Martın 10-11-I Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirakı planlaşdırılan M.İvaniç forumun qlobal əhəmiyyətini diqqətə çatdırıb.

“Böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır”, – deyə o bildirib.

M.İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirib və qeyd edib ki, mərkəzin həyata keçirəcəyi önəmli işlərə öz töhfəsini vernməyə hazırdır. O həmçinin, Nizami Gəncəvi irsini təbliğ etmək imkanına sahib olmaqdan şərəf duyduğunu bildirib.

Səxavət


Müəllif: