3 Mart 2016 12:39
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsində bir müddət əvvəl yaradılan “Böhran Koalisiyası”nın dünənə planlaşdırılan toplantısı təxirə salınıb.

Bu haqda koalisiyaya daxil olan partiyalardan birinin nümayəndəsi deyib.

Adının çəkilməsini istəməyən funksioner qeyd edib ki, “Böhran koalisiyası”nda təmsil olunan siyasi qüvvələr hər həftənin çərşənbə günü toplaşaraq növbəti həftəyə qədər göstərəcəkləri fəaliyyətin istiqamətlərini müəyyən edirlərmiş. Lakin ona bəlli olmayan səbəblərdən koalisiyanın dünənə planlaşdırılan iclası baş tutmayıb.

Məlumat üçün bildirək ki, “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin toplantısı da baş tutmayıb. Bunun da səbəbi bilinmir. Bəzi yanaşmalara görə, toplantının təxirə salınmasına səbəb hər iki qurumda yaranan fikir ayrılıqlarıdır. Konkret olaraq “Böhran koalisiyası”nda təmsil olunan partiyalar öz fəaliyyətlərini uyğunlaşdırmaqda çətinlik çəkirlər. Çünki burada bir-birinə zidd partiyalar təmsil olunur.

Məlumat üçün qeyd edək ki, müxalifət partiyalarının yaratdığı “Böhran koalisiyası”nda KXCP, Azadlıq, Xalq, ALDP, Böyük Azərbaycan, ADP, Ümid, “Ağ Blok” və digər siyasi qüvvələr fəaliyyət göstərirlər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər