4 Mart 2016 18:06
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov: “Hesabatı verməyən partiyaların ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir”

“Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran lakin müalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar”.

Bunu Milli Məclisdə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Teleqraf.com-un xəbərinə görə, deputat hesab edib ki, həmin partiyaların hansı halda hesabat verməməsini İnzibati Xətalar Məcəlləsinin cərimələri vasitəsilə müəyyənləşməlidir: “Biz “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik etdikdə, həm dövlət büdcəsindən maliyyələşən, həm də maliyyələşməyən siyasi partiyaların ianə və üzvlük haqları haqqında Mərkəzi Seçki Komissiyasına hesabat verilməsi məsələsi qoyulmuşdu. MSK-nın veb-saytında da yerləşdirilir ki, istər ictimaiyyət, istərsə də həmin təşkilatların üzvləri bilsinlər ki, nə qədər vəsait toplanır, nə qədəri ödənilir, gəlirlər hara sərf olunur. Qanun qəbul olunmadıqdan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə bu hesabatı ictimaiyyətə təqdim edirdi. Partiyanın İdarə Heyəti gəlir və xərcləri barədə qərar təsdiq olunduqdan sonra mətubat orqanlarında geniş dərc olunurdu. Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran lakin müalifətçilik deyil dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar. Bu halda onların hansı halda bu hesabatı verməsi İnzibati Xətalar Məcəlləsinin cərimələr vasitəsilə müəyyənləşməlidir. Bu məsələni ciddi şəkildə qoymalıyıq. Başqa vaxtı aşkarlıqdan, demokratiyada, şəffaflıqdan danışan insanlar təəssüf ki, öz maliyyə mənbələrinə çatanda şəffaflıq yaddan çıxır”.

S.Novruzovun sözlərinə görə, bir sıra partiyalar ağ kağız göndərirlər ki, maliyyə dövriyyələri olmayıb: “Deyirlər ki, nə gəlirimiz, nə də xərcimiz var. Nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırılar. Çünki, hesabatları şəffaf deyil. Onlar xaricdəki bəzi qüvvələr tərəfindən maliyyələşirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir. Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da güclənidirilməli və ya qanuna başqa maddə əlavə etməliyik ki, il ərzinə maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir. Hesabatları şəffaf olmayan təşkilatların nələrlə məşğul olduqları məlumdur. Xarici ölkələrdən hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər