4 Mart 2016 22:22
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ayrı-ayrı ştatlarının mövqeyi ölkənin xarici siyasətini əks etdirmir. Teleqraf.com-un məlumatına görə, bu fikri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinin ABŞ-ın Corciya ştatı tərəfindən "müstəqilliyi"nin tanınması barədə məlumatı şərh edərkən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Tvitter" səhifəsində qeyd edib.

C.Uorlik yazıb: "Səsləndirilən fikirlərə cavab olaraq: Dağlıq Qarabağla bağlı prosesə dair dövlət qanunvericilik orqanlarının fəaliyyəti məcburi xarakter daşımır və ABŞ-ın xarici siyasətini əks etdirmir".

Qeyd edək ki, cümə günü ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası Dağlıq Qarabağın qondarma rejiminin tanınması barədə qətnamə qəbul edib.


Müəllif:

Oxşar xəbərlər