Bu gün bir qrup müxalifət partiyasının yaratdığı “Anti-böhran koalisiyası”nın toplantısı keçirilib.
Teleqraf.com-a daxil olan məlumata görə, iclasda bir sıra məsələlər müzakirə edilib və uyğun qərarlar verilib.
Koalisiya Müsavat, AXCP və digər qurumlara “Siyasi müxalifətin problemləri” mövzusunda debatların keçirilməsinə dair etdiyi müraciəti yenidən müzakirəyə çıxarıb.
Qeyd edilib ki, adıçəkilən partiyalar debat təklifindən imtina etsələr də, təklif edilən mövzularda dinləmələrin keçirilməsi məqsədəuyğun sayılıb.
Bundan başqa, qərara alınıb ki, aprelin birinci ongünlüyündə konfrans keçirilsin. Hələlik konfransın dəqiq vaxtı və məkanı barədə məlumat verilməyib. Müzakirələr zamanı Türkiyədə baş verən terror aktı pislənilib. Türk millətinə və dövlətinə baş sağlığı verilməsi, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə məktub göndərilməsi qərara alınıb.
Nemət