17 Mart 2016 14:23
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan bir neçə gündən sonra ABŞ-a səfər edəcək. Bunu Sərkisyanın özü Kipr universitetinin müəllim və tələbə heyəti ilə görüşdə deyib. Onun sözlərinə görə, səfər proqramında digər tədbirlərlə bərabər ABŞ-da təhsil alan erməni tələbələr, Massaçust Texnologiya İnstitutundakı erməni alimlərlə görüş nəzərdə tutulub.

Ermənistan prezidentinin ABŞ səfərini AMİP Siyasi Şurasının üzvü Əli Orucov şərh edib. Onun qənaətincə, Ermənistan prezidenti Sərkisyanın ABŞ-a planlaşdırılan səfərinin aprel ayının əvvəlinə düşməsi təsadüfi seyil: “Bəlli olduğu kimi, hər il aprelin 24-nü dünya erməniləri “qondarma erməni soyqırımı” günü kimi qeyd edirlər. İllərdən bəri ümumerməni ideologiyasının ana xəttinə çevrilən bu saxta iddia ətrafında müxtəlif ölkələrdə tədbirlər təşkil edilir. Erməni lobbisi istəyir ki, dünyanın diqqətini “soyqırımı”na yönəltsinlər. Təsadüfi deyil ki, bu iddialarına ən çox dəstəyi də Qərb dövlətlərindən və ABŞ-dan alırlar”.

Ə.Orucov hesab edir ki, əslində, əsas hədəf Türkiyədir: “Sərkisyan ABŞ-dakı erməni lobbi təşkilatlarından həm dəstək, həm də təlimat almağa gedir. Eyni zamanda ABŞ-la Rusiya arasındakı gərginliyin fonunda Ermənistanın çıxılmaz vəziyyətdə qalması, həmçinin Rusiyaya görə Vaşinqtonla münasibətlərində soyuqluğun yaranması ciddi narahatlıq doğurmaya bilməz. Rusiyanın forpostu olan Ermənistan çalışır ki, Qərblə arası dəyməsin və özünü region üçün əhəmiyyətli göstərsin. Amma çətin ki, Sərkisyanın səfəri pozitiv bir nəticə versin. Çünki İrəvan özü-özünü tədric və asılı vəziyyətə salıb. Həmçinin Ermənistan istəsə də, Rusiyanın təsirindən və diqtəsindən çıxa bilməz. Odur ki, Sərkisyanın ABŞ səfərini turist səfəri kimi qiymətləndirmək daha uyğun olardı”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər