5 Aprel 2016 17:11
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son bir neçə gündəki əməliyyatlarla Azərbaycan tərəfi uzun müddət sözlə dediyi “istəsək, hərbi yolla da torpaqlarımızı azad edərik” mesajını dünyaya əyani şəkildə çatdırdı”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri gənc fəal Bəxtiyar Hacıyev söyləyib.

O xatırladıb ki, 20 ildən artıqdır beynəlxalq qurumlar münaqişənin hərbi həll yolu olmadığını deyirdilər: “İndi növbə danışıqlarda vasitəçilik edənlərdə və Ermənistandadır. Onlar da artıq anlayıblar ki, danışıqlar yenə uzansa, “hərbi həll yolu yoxdur” mesajı yox, “lazım gəlsə, hərbi yolla da torpaqlarımızı azad edərik” mesajı daha güclü, daha inandırıcı görünəcək. Bu son əməliyyatlar danışıqlarda Azərbaycanın xeyrinə işləməlidir. Sadə dildə desək, “ya oturun masaya və razılaşın, ya da güc yoluna davam edək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər