AVCIYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciətin detalları məlum olub.
Teleqraf.com xəbər verir ki, Elxan Süleymanov bildirib ki, bu gün petisiya Ağ Evin rəsmi saytında yerləşdirilib: "Bizdə bu saata olan məlumata görə, artıq 8 min 300 şəxs petisiyaya imza atıb. Bu petisiyaya baxılmaq üçün 100 min şəxs imza atmalıdır.
Gənclərdən aktiv olmağı xahiş edirik. 13 yaşlı uşaq öz qələmindən silah kimi istifadə edə bilər. Bu petisiyaya səs verməklə dünyanı ədalətə çağırmış olacağıq. Dünyanı idarə edən Ağ Evdir. Qalanları yalandır. Ağ Evin rəsmi saytında petisiyanın olması əhəmiyyətlidir".
Onun sözlərinə görə, petisiyanın məqsədi işğalçı Ermənistanı bütün dünyaya ifşa etməkdir: "Son günlər təmas xəttində Ermənistanın təxribatlarının artması və bu təxribatların qarşısının alınması istiqamətində aparılan hərbi əməliyyatlara, Vətən uğrunda mübarizəyə dəstək, Ermənistan dövlətinin çirkin informasiya hücumlarına qarşı birləşdiyimizi bəyan edirik".
Nərgiz