14 Aprel 2016 19:52
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovun anadan olmasının 146-cı ildönümünü qeyd ediblər.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, tədbirə AKP MK RH-nin üzvləri, AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları qatılıblar.

Tədbir N.Nərimanovun Bakı şəhərinin Yasamal rayonundakı abidəsi önündə keçirilib. Tədbiri KPİ-Sov. İKP İcraiyyə Komitəsi Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov açıb. Azərbaycan kommunistlərinin lideri təntənəli tədbirdə geniş məzmunlu çıxış edərək mitinq iştirakçılarına Nəriman Nərimanovun inqilabi fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.

Natiq həmçinin son zamanlar cəbhə bölgəsində atəşkəs rejiminin pozulmasından təəssüf hissi keçirdiyini bildirmiş, Vətən uğrunda şəhid olanların ailələrinə Azərbaycan kommunistləri adından dərin hüznlə başsağlığı vermiş və bu münaqişənin həllinin Leninin milli siyasət prinsiplərinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.

Bundan sonra Rauf Qurbanov dünyada baş verən hadisələrə və beynəlxalq imperializmin törətdiyi vəhşiliklərə də diqqət yönəltmişdi. AKP MK sədri ABŞ başda olmaqla onun NATO üzrə müttəfiqi olan dövlətlərin heç bir demokratik prinsiplərə, beynəlxalq hüquqi normativlərə məhəl qoymadan müstəqil dövlətlərin daxili işlərinə qarışaraq onların suveren hüquqlarını pozmasını pisləmiş, azğınlaşmış imperializmin demokratiya pərdəsi altında XXI əsrdə apardığı müstəmləkə siyasətini kəskin tənqid edib.

Daha sonra mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoyublar.


Müəllif:

Oxşar xəbərlər