15 Aprel 2016 18:30
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib.

Bu barədə Tofiq Yaqublunun özü Teleqraf.com-a məlumat verib.

Tofiq Yaqublu Baş Prokurorluqda cəmi yarım saat olub. Yaqublunun sözlərinə görə, ona müxtəlif suallar veriblər, habelə bəzi fikirlərinə etiraz bildiriblər. Ona deyilib ki, bundan sonra işlətdiyi fikirlər zamanı bir qədər ehtiyatlı olsun. Bundan əlavə, Tofiq Yaqubluya “Yeni Müsavat”a verdiyi müsahibə zamanı işlətdiyi fikirlərə görə də etiraz edilib, onun fikirlərində dini ədavətə çağırış meyllərinin olduğu xatırladılıb.

Tofiq Yaqubluya Baş Prokurorluqda xəbərdarlıq edilib: “Mənə xəbərdarlıq edildi. Eyni zamanda xəbərdarlıqla bağlı sənədə imza atmağımı istədilər. Mən də sənədə əlavə şərh yazmaqla imzaladım”.

Bu gün saat 17:00-da Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb, onu baş prokurorun müavini Rüstəm Usubov və digər iki prokuror qəbul edib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər