25 Aprel 2016 13:32
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-28-də Moskvada Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “V Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı” keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, plenar iclası giriş nitqi ilə Rusiyanın müdafiə naziri, xarici işlər naziri və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi açacaq.

Tədbirdə “Terrorizm qlobal təhlükəsizliyə böyük təhdid kimi”, “Yaxın Şərq ziddiyyətlər düyün”, “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar”, “Mərkəzi Asiyada təhlükəsizlik”, “Qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq”, “Avropada müharibə və sülh məsələləri: Avropada yeni təhlükəsizlik sistemi” mövzulu panellər planlaşdırılır.

Konfransda Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təmsil edəcək. F.Məmmədov “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar” mövzulu paneldə çıxış edəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər