26 Aprel 2016 10:51
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elxan Şahinoğlu cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi olduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, politoloq vurğulayıb ki, bunun birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər: “Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o, hələ cəmiyyətinə “Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib. Ona görə də bu sual aktuallaşmamış cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində, hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin qaytaraılması ilə cavab vermək imkanı qazanırıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər