21 Aprel 2014 18:01
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası başa çatıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən Teleqraf.com-a verilən məlumata görə, konqresdə “Jurnalistika və etika”, “Afrikada tədqiqatçı jurnalistlərin hesabatları”, “Təhlükəli ərazilərdə jurnalistika təhlükəsizliyi Qaydaları”, “Media azadlığının 20 illiyi”, “Cari proseslərin mətbuat azadlığına təsiri”, “Çinin inkişaf edən dünyada rolu” və sair mövzular ətrafında müzakirələr aparılıb.

BAMF sədri, BMİ İdarə Heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib ki, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarə heyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyəti üzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada U.Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən “Əl-Cəzirə” telekanalının insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyə çıxarılıb və o, idarə heyətinə üzv seçilib.

Tədbirin mükafatlandırma mərasimində “Əl-Monitor” xəbər agentliyi ən yaxşı “Azad Media Pioneri” mükafatına, iranlı jurnalist Maşallah Şamzolvaezin isə “Dünya Mətbuat Qəhrəmanı” mükafatına layiq görülüb.

Tədbirdə “Əl-Cəzirə” telekanalının idarəedici direktoru Mosefa Souaq, baş prodüsser Hassan Saeed Elmoqummer Zaha, insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami Əlhaj, Qahirə bürosunun rəhbəri Əbdülfəttah Fayed və U.Rəhimoğlu, BAMF-ın beynəlxalq əlaqələr üzrə koordinatoru Vəfadar Rizvanlı arasında görüş olub. Olduqca məhsuldar keçən görüşdə “Əl-Cəzirə” telekanalının rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini bildirərək daim Azərbaycanın yanında olduqlarını qeyd edib və problemin işıqlandırılması ilə kömək etməyə hazır olduqlarını bildiriblər. Görüşdə BAMF və “Əl-Cəzirə” telekanalı arasında əməkdaşlıq müqaviləsinin imzalanması və Bakıda “Dağlıq Qarabağda insan hüquqları” mövzusunda konfrans keçirilməsi qərara alınıb.

Görüşün sonunda “Əl-Cəzirə” rəsmiləri U.Rəhimoğlunu Qatarın paytaxtı Doha şəhərində bu ilin mayın 26-27-də keçiriləcək VIII “Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət ediblər. Səfər zamanı “Əl-Cəzirə” telekanalı ilə BAMF arasında əməkdaşlıq memorandumunun imzalanması və BAMF-ın “Əl-Cəzirə” telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər